Ərdoğan Özbəkistanda - Kərimovun məzarını ziyarət edib
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Özbəkistanda səfərdədir.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Səmərqənd beynəlxalq hava limanında dövlət başçısını baş nazirin müavini Adxam İkramov qarşılayıb.
Ərdoğanın mərhum prezident İslam Kərimovun məzarını ziyarət edib.
Səfər çərçivəsində Türkiyə prezidenti Özbəkistanda prezident səlahiyyətlərini icra edən Şavkat Mirzəyevlə görüşəcək.
Xatırladaq ki, İslam Kərimov sentyabrın 2-də 78 yaşında dünyasını dəyişmişdi. Prezident seçkiləri dekabrın 4-də keçiriləcək.
NUH.az