Dərc edilib: 27-10-2016

https://www.nuh.az/8518-.html

Masallıda 48 nəfər təxliyyə olundu

27.10.2016 11:34:41

Hadisə
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Yanğın Mühafizə və Sularda Xilasetmə xidmətlərinin regional strukturlarının canlı qüvvə v ə texnikası cəlb olunmaqla Cəlilabad rayonunda su basmış həyət evlərində suçəkmə əməliyyatları aparılıb.

Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Masallının Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyyə olunub. İki gecə nazirliyin bütün yerli strukturlarının əməkdaşları icra hakimiyyəti ilə billikdə bu istiqamətdə iş aparıb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib