Dərc edilib: 17-10-2016

https://www.nuh.az/8453-.html

Mosul əməliyyatı başladı - Rəsmi açıqlama

17.10.2016 10:22:36

Region

İraq Baş naziri Heydər Əl-Abadi Mosulun İŞİD-dən azad edilməsi üzrə əməliyyatının başladığını bildirib.


Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abadi dövlət televiziyasında xalqa müraciəti zamanı bunu deyib. O, şəhər mərkəzinə təkcə ordu və polis qüvvələrinin girəcəyini söyləyib.

Nazir Mosul xalqından təhlükəsizlik gücləri ilə həmrəy olmağa çalışıb.

Abadi açıqlamasında, Peşmərgə, Türkiyənin təlim keçdiyi Nineviya Mühafizəçilərindən və Şiə milis gücü "Haşdi Şabi"dən söz açmayıb.

 Baş nazir Abadinin televiziyada müraciəti zamanı yanında ölkənin Baş Qərargah rəisi Osman Gani və doqquz yüksək rütbəli zabit olub.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib