Dərc edilib: 14-10-2016

https://www.nuh.az/8439-.html

Üç general həbsdən azad edildi

14.10.2016 11:07:01

Region

Türkiyədə dövlət çevrilişi cəhdindən sonra həbs olunan hərbçilərdən 3 general və 1 admiral azadlığa buraxılıb.


Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, həbs edilən hərbçilər növbətçi məhkəmənin qərarına əsasən, azad ediliblər. Sərbəst buraxılan general-mayorlar Vəli İldırım, Şenər Yazıcıoğlu, Əli Akyürek və admiral Ömər Məsud Ağdır.

Məhkəmənin qərarında qeyd edilib ki, hər 4 şəxsin əmrinə tabe olan komandanlıqların dövlət çevrilişində iştirakına dair hər hansı bir sübut yoxdur.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib