Nazarbayev Sarkisyanın dəvəti ilə Ermənistana gedir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-ü Ermənistana rəsmi səfər edəcək.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nazarbayev həmkarı Serj Sarkisyanın dəvəti ilə bu ölkədə səfərdə olacaq.
Qeyd edək ki, oktyabrın 14-ü Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası keçiriləcək. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistan liderləri iştirak edəcək.
NUH.az