Gürcüstanda parlament seçkiləri keçirilir
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.
“Qafqazinfo” gürcü KİV-ə istinadən xəbər verir ki, MSK seçkilərin ilkin nəticələri sabah səhər tezdən açıqlayacaq.
Qeyd edək ki, parlament seçkilərində 19 partiya, 6 seçki bloku və müstəqil namizədlər iştirak edir. Səsvermədə ümumilikdə ölkə daxili və ya xaricində yaşayan 3 milyon 513 min 884 Gürcüstan vətəndaşı iştirak edə bilər.
Parlamentə seçkilər qarışıq sistemdə keçirilir -77 deputat proporsional sistemdə, 73-ü isə majoritar sistemdə seçiləcək.
Artıq dövlət başçısı Georgi Marqvelaşvili də səsvermədə iştirak edib.
NUH.az