Dərc edilib: 07-10-2016

https://www.nuh.az/8403-.html

Məhbuslar internetə girə biləcək

07.10.2016 14:03:29

Region

Ukraynada cəzaçəkmə müəssisələrində məhbusların internetdən istifadə etməsinə icazə veriləcək.


Qafqazinfo” rus KİV-ə istinadən xəbər verir ki, prezident Petro Poroşenko bu barədə qanun imzalayıb. Müvafiq sənəd Ali Radanın rəsmi saytında yerləşdirilib. Bildirilir ki, məhkumlar interneti rəhbərliyin nəzarəti altında idarə edə biləcəklər və xidmətlər məhbusların şəxsi vəsaiti hesabına ödənəcək. O da qeyd edilir ki, məhbuslara sosial şəbəkələrdən istifadə etmək, habelə qəddarlıq, zorakılıq ,erotik və pornoqrafik məzmunlu materiallar təbliğ edən saytlara giriş qadağan ediləcək.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib