Dərc edilib: 03-10-2016

https://www.nuh.az/8375-.html

“Saakaşvili Gürcüstanda yeni inqilab hazırlayır”

03.10.2016 16:43:34

Region

Gürcüstan Mixail Saakaşvilini yeni inqilab hazırlamaqda ittiham edib.

Qafqazinfo” rus KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili danışıb. Eks-baş nazir bildirib ki, hazırda Odessa vilayətinin qubernatoru olan Saakaşvilini Ukraynada təqib gözləyir və o, buna görə Gürcüstana qayıtmaq istəyir, lakin Gürcüstana gələrsə, həbs ediləcək.

B.İvanişvili “Gürcüstandakı seçkilərdən sonra Saakaşvilidən Ukraynanı tərk etməyi istəyəcəklər. Artıq onun gedəcək yeri yoxdur. Ona görə də o, Gürcüstanda sabitliyi pozmaq istəyir və bu ideyadan ikiəlli yapışır”,- deyib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib