Dərc edilib: 03-10-2016

https://www.nuh.az/8373-.html

Ramil Usubov generalın oğluna yeni vəzifə verdi

03.10.2016 14:57:21

Cəmiyyət

Daxili işlər orqanlarında yeni təyinat olub.  APA.az  xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub.U.Şirinovun yerinə isə hələlik təyinat yoxdur.
Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, yeni vəzifəyə təyin olunan U.Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun oğludur.
 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib