Dərc edilib: 28-09-2016

https://www.nuh.az/8351-.html

Sabiq prezident vəfat etdi

28.09.2016 12:05:31

Hadisə

İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında vəfat edib.
Oxu.az RİA Novosti-agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail televiziyası məlumat yayıb.
Şimon Peresin yaxınlarının səhər saatlarında onun ölümü ilə bağlı rəsmi məlumat yayacağı bildirilir.
Xatırladaq ki, İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 13-ü axşam saatlarında kəskin beyin qansızması ilə nəticələnən insult keçirib. Xəstəxanaya yerləşdirilən İsrailin doqquzuncu prezidenti medikamentoz yuxuya verilib, ağciyərləri havalandırma aparatına qoşulub.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib