Dərc edilib: 26-09-2016

https://www.nuh.az/8344-.html

Belarusun müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

26.09.2016 18:04:28

Region

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə sentyabrın 26-da Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.


Bu barədə Qaynarinfo.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqların bir sıra görüşləri və "ADEX-2016" 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.

Səfər sentyabrın 29-dək davam edəcək.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib