Dərc edilib: 24-09-2016

https://www.nuh.az/8337-.html

Millət vəkilləri Lənkəranskinin 40 mərasiminə qatıldı

24.09.2016 13:19:39

Günün sitatı

Bir müddət əvvəl qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin bu gün Lənkəran şəhərində 40 mərasimi keçirilir.
 
Qafqazinfo.az   xəbər verir ki, Kiçik Bazar qəbiristanlığında dəfn olunan Rövşən Lənkəranskinin məzarı üzərinə rayon camaatı və qonaqlar gələrək ziyarət edirlər.
 
R.Lənkəranskinin məzarı üzərində hələ ki, abidə qurulmayıb.
 
Yas mərasimi onun ata evində keçirilir.
 
Millət vəkilləri Cavanşir Paşazadə və Fəzail Ağamalı Rövşən Lənkəranskinin 40 mərasiminə qatılıb.
  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib