Dərc edilib: 20-09-2016

https://www.nuh.az/8322-.html

Qırğızıstan prezidentinin vəziyyəti ağırlaşdı - Xəstəxanaya aparıldı

20.09.2016 12:49:07

Günün sitatı

Qırğızıstan prezidenti Almazbek Atambayev, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisin Toplantısına qatılmaq üçün İstanbuldan təyyarəyə minərkən səhhətində ciddi problem yaranıb.


Qaynarinfo.Az xəbər verir ki, prezidentin rəsmi internet saytında qeyd edilib ki, sinə ağrısından şikayətçi olan Atambayevə ilk müdaxiləni edən həkimlər, prezidentinin təcili xəstəxanaya qaldırılmasını və həkim nəzarətinə keçməsini məsləhət ediblər. 

Nyu York səfəri ləğv edilən Atambayev yerinə, xarici işlər naziri Erlan Abdıldayevin BMT Baş Məclisinin 71-ci iclasına qatılacaq Qırğız heyətinə başçılıq edəcək. Prezident Atambayev, bir müddət Türkiyədə həkim nəzarətində qalacaq.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib