Dərc edilib: 08-09-2016

https://www.nuh.az/8298-.html

Temperatur yüksələcək - Hava proqnozu

08.09.2016 13:57:24

Cəmiyyət

Sabah, sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.Az-a verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 27-32 dərəcə isti, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib