Dərc edilib: 07-09-2016

https://www.nuh.az/8294-.html

Suriyada daha 6 kənd terrorçulardan alındı

07.09.2016 12:42:10

Günün sitatı

Türk Silahlı Qüvvələri Suriyada həyata keçirilən “Fırat qalxanı” əməliyyatı ilə bağlı yeni məlumat açıqlayıb.


Qafqazinfo” xəbər verir ki, əməliyyatın 14-cü günü Azad Suriya Ordusunun daha 6 kəndi terrorçulardan azad etdiyi bildirilir.

Xatırladaq ki, Türkiyə “Fırat qalxanı” əməliyyatına avqustun 24-də start verib. Türkiyənin dəstəklədiyi müxalif Azad Suriya Ordusu ötən ay 13 kəndi terrorçulardan azad etmişdi.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib