Dərc edilib: 03-09-2016

https://www.nuh.az/8287-.html

Daşkənd Kərimovu son mənzilə yola saldı - VİDEO

03.09.2016 17:30:26

Hadisə

 

Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.
APA  xəbər verir ki, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın "Cənub" hava limanına aparılıb. Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
 
İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.
 
İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.
  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib