Dərc edilib: 29-08-2016

https://www.nuh.az/8269-.html

İslam Kərimovla bağlı ilginc xəbər: Həddən artıq çox araq içib… yıxılıb

29.08.2016 15:56:34

Günün sitatı

Prezidentə beş  günlük diaqnoz qoyulub

Özbəkistan prezidenti İslam Kərimovun insult keçirməsi barədə məlumatlar təsdiqini tapsa da, hazırda onun vəziyyəti barədə məlumat açıqlanmır.  Eyni zamanda, prezidentin hansı səbəbdən xəstələnməsi  barədə də məlumat verilmir. Qeyd edək ki, İslam Kərimov  xeyli müddətdir ürək-qan damar xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən də mütəmadi olaraq həkim nəzarətində olurdu. 

Cebhe. info Qazaxıstanın Nur.kz. saytına istinadən xəbər verir ki,  Özbəkistan prezidentinin insult keçirməsinə onun həddindən artıq spirtli içki qəbul etməsi səbəb olub. Belə ki, avqustun 26-da “Durmen” sarayında Rio-de-Janeyroda keçirilən Olimpiada  oyunlarında iştirak etmiş özbək idmançıların şərəfinə ziyafət təşkil olunub. Tədbirə dövlət başçısının şəxsi tapşırığı ilə hakim elitanın bütün aparıcı üzvləri qatılıb. “Ziyafət saat 20.00-dan 22.30-23.00-a qədər davam edib. İslam Kərimov idmançıların qələbəsindən çox şad idi.  O, həddindən artıq araq və digər spirtli içkilər qəbul etdi. Hətta prezident Zəlimxan əkənin (Özbəkistan Prezident Adminstrasiyasının rəhbəri Zəlmxan Haydarov)  xəbərdarlığına belə qulaq asmadı”,- deyə  Özbəkistan Xalq Hərkatındakı mənbələr  belə məlumat verib. 

Bildirilir ki, ötən cümə axşamı  keçirilmiş ziyafətdə İslam Kərimov  və Zəlimxan Haydarovdan başqa Mili Olimpiya Komitəsinin sədri Mirabror Usmanov, baş nazir Şövkət Mirziyayev və maliyyə naziri Rüstəm Əzimov da iştirak ediblər. 

“Ziyafət təxminən saat 22.30-23.00 radələrində yekunlaşıb. Təqribən saat 00.-00.30 radələrində İslam Kərimov bir daha Zəlimxan Haydarovla söhbət edib. Prezident nəyi isə müzakirə etdiyi zaman qəflətən huşunu itirərək yıxılıb. “Durmen” sarayının növbətçi həkimləri ilkin tibbi yardım göstəriblər və beynə qan sızması-insult diaqnozu qoyublar”,- hakimiyyətdəki mənbə belə deyib. 

Əldə olunan xəbərə görə, həmin gecə Respublika Kordioloji Mərkəzinin rəhbəri Rövşən Qurbanov və digər alim-həkimlər saraya çağırılıblar. Onlar da prezidentin insult keçirdiyini təsdiqləyiblər.  Bundan sonra İslam Kərimov  xüsusi təcili tibbi yardım maşını ilə 1 saylı hökumət stasionar xəstəxanasına aparılıb. O, avqustun 27-i saat 13.00-a qədər orada qalıb. Həmin müddətdə stasionar xəstəxananın ərazisi prezidentin mühafizə xidməti tərəfindən əhatəyə alınıb.  Nahar ərəfəsində prezident yenidən “Durmen” sarayına qaytarılıb. Avqustun 27-də axşam İsraildən və Almaniyadan xüsusi həkimlər gətirilib: “Hazırda bizim həkimlər prezidentin səhhətinin ağır olduğunu deyirlər. Əgər o, 5 gün yaşasa, sağala bilər. Ancaq bu beş gün ərzində hər şey ola bilər. Ola bilsin ki, xarici həkimlər onun həyatını xilas edib müalicə etsinlər ”-, deyə mənbə açıqlama verib. 

O da bildirilir ki, bütün ehtimallara baxmayaraq, prezident Kərimov Özbəkistanın müstəqillik günü ilə bağlı rəsmi bayram tədbirlərində iştirak edə bilməyəcək. 

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib