Həbsxana rəisləri dəyişdirildi
Eyvaz Əsgərovun Qobustan Həbsxanasının rəis müavini təyin edilməsi həqiqəti əks etdirmir. Penitensiar Xidmətdən verilən xəbərə görə, Əsgərov 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsindən 1 ildən çoxdur ki, azad olunaraq 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsinə təyin olunub. Və indi də o vəzifəni icra edir. Qobustan Həbsxanasının rəisi vəzifəsinə isə 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Aftandil Ağayev təyin olunub.
Qobustan Həbsxanasının vəzifədən azad olunan rəisi ədliyyə polkovniki Fikrət Qafarov isə 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsinə təyin olunub. Bu cəzaçəkmə müəssisəsinin rəisi Elçin Əlicanov isə 12 saylı Cəzaçəkmə Müəssisəsinə rəis müavini təyin edilib.
Qeyd edək ki, Eyvaz Əsgərov Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır. (AzNews.az)
***
Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Fikrət Qafarov vəzifəsindən azad edilib.
Qaynarinfo.Az report-a istinadən bildirir ki, F.Qafarov Bakı şəhəri, Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunub.
NUH.az