Bakıda Lavrov-Məmmədyarov görüşü
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda işgüzar səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrovu qəbul edib.
Qaynarinfo.Az xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsi və onları möhkəmləndirmək perspektivləri ətrafında müzakirələr aparıblar.
Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə və Azərbaycan və Ermənistan prezidentləri arasında Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə xüsusi diqqət ayrılıb.
NUH.az