Dərc edilib: 06-07-2016

https://www.nuh.az/8089-.html

Böyük Britaniya İraqa müdaxilənin əsassız olduğunu ETİRAF ETDİ

06.07.2016 17:37:01

Maraqlı

Böyük Britaniyada ser Con Çilkotun rəhbərliyi altında yaradılan xüsusi komissiya 2003-cü ildə İraqa müdaxilə ilə bağlı yekun hesabat təqdim edib.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabat Böyük Britaniya hökumətinin 2003-cü ildə ABŞ-la birlikdə İraqa hərbi müdaxilə etməsini səhv adlandırıb.

 

 

“Çoxsaylı xəbərdarlıqlara baxmayaraq, müdaxilənin nəticələri düzgün qiymətləndirilməmişdi. İraqda kütləvi qırğın silahının olması ilə bağlı iddialar da özünü doğrultmayıb”.

 

 

Komissiyasının fikrincə, 200-dən artıq Britaniya əsgərinin həlak olduğu İraq kampaniyasına görə məsuliyyəti o zamankı baş nazir Toni Bler daşıyır.

 

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib