Dərc edilib: 05-07-2016

https://www.nuh.az/8080-.html

Fikrət Fərəməzoğlu barəsində məhkəmə qərarı verildi

05.07.2016 15:02:01

Cəmiyyət

Nərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçib.

Bu barədə vəkil Nemət Kərimli məlumat verib.

O bildirib ki, F.Fərəməzoğlu hədə-qorxu ilə pul tələb etmədə ittiham olunub. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. 

Xatırladaq ki, F.Fərəməzoğlu iyulun 1-də saxlanılıb. Report.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib