Dərc edilib: 30-06-2016

https://www.nuh.az/8052-.html

İlham Əliyevdən 8,4 milyonluq - Sərəncam

30.06.2016 18:58:03

İqtisadiyyat

Azərbaycan Prezidenti İlham Əliyev heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“1. Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon (səkkiz milyon dörd yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

 

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib