Dərc edilib: 24-06-2016

https://www.nuh.az/8015-.html

Azərbaycanda bu bankları dollar satışını dayandırdı - Siyahı

24.06.2016 15:14:52

İqtisadiyyat

Azərbaycanda bəzi kommersiya bankları nağd dollar satışını dayandırıb. 

Report  xəbər verir ki, buna səbəb dollara olan cari tələbatın kəskin artmasıdır. Bununla yanaşı, bəzi bankların rəhbərliyi qlobal bazarlardakı vəziyyəti izləyir, gözləmə mövqeyindən çıxış edir və proseslərə daha ehtiyatla yanaşmağa başlayıb.

"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, nağd dollar satışını dayandıranlar arasında "Bank of Baku", "Kapital Bank", "Zaminbank", "Kredobank" və s. bankların filialları var. Bir sıra digər kommersiya banklarında satış davam etdirilsə də, bu, limitlə həyata keçirilir. 

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib