Masallı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində at oğrusu tutuldu
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində at oğrusu yaxalanıb.
Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 23-də rayon sakini Ramal Hüseynovun həyətindən 1 rəst at oğurlamaqda şübhəli bilinən həmyerlisi Rəşad Heydərov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 17-nə keçən gecə daha 2 at oğurlaması da müəyyən edilib.
NUH.az