Dərc edilib: 16-06-2016

https://www.nuh.az/7970-.html

“Kaspi”nin kollektivi Misir Mədəniyyət Mərkəzi və səfirlikdə olub

16.06.2016 11:40:25

Cəmiyyət

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəvəti ilə “Kaspi” qəzetinin kollektivi Mərkəzdə və səfirlikdə görüş keçirib. 

 

“Kaspi” qəzetinin saytında yer alan xəbərə görə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun Azərbaycan mədəniyyəti, ədəbiyyatı və təhsili ilə bağlı həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verib.Həmçinin, birgə mədəni tədbirlərin təşkili, bu sahədə əlaqələrin genişləndirilməsi, mövcud əməkdaşlığın dərinləşdirilməsi məsələlərindən danışılıb. Mərkəzin binasında fəaliyyət göstərən kitabxanada Azərbaycan-Misir əlaqələrindən bəhs edən kitablarla tanışlıq xoş təəssürat yaradıb.Daha sonra Misirin Azərbaycandakı səfirliyində keçirilən görüşdə Azərbaycan və Misir mədəniyyətləri ətrafında müzakirələr aparılıb, ölkələr arasında təhsil, mədəniyyət və turizm əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən bəhs olunub.Dəvətə görə minnətdarlığını bildirən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva iki ölkə arasında mədəni və təhsil əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib: “Azərbaycanla Misir cəmiyyəti arasında oxşarlıqlar çoxdur. Biz öz qarşılıqlı fəaliyyətimizlə insanlar arasında ölkələrimiz barəsində məlumatlılığı artırmağa, iki sivilizasiyanı bir-birinə daha da yaxınlaşdırmağa çalışmalıyıq”.Azərbaycanın mədəni və intellektual ölkə olduğunu qeyd edən Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqındakı təəssüratlarını bölüşüb.Diplomat ölkələr arasında bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.Suzan Cəmil yaxın günlərdə “Kaspi” qəzetinin redaksiyasında qonaq olmaq təklifini də məmnuniyyətlə qəbul edib.  Tural

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib