Əliyev Merkellə görüşdə Rusiya amilini QABARTDI
Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə təkbətək görüş keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçıları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıblar.
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışaraq mövcud status-kvonunu qəbulolunmaz olduğunu bəyan edib.
“Cəbhə xətti boyunca tez-tez atışmalar olur, atəşkəs rejimi çox kövrək və qeyri-stabildir. Bugünkü status-kvo qəbul olunmazdır. Aprel ayından bəri Ermənistan bizə qarşı təxribatlara əl atır”.
Azərbaycan prezidenti həmçinin, Rusiyanın Qarabağ münaqişəsində rolunun çox konstruktiv olduğunu deyib.
“Azərbaycan Rusiyanı starteji tərəfdaş kimi görür. ATƏT-in sədri kimi Rusiyanın addımları da çox pozitivdir. ”.
Prezident İlham Əliyev onu da bildirib ki, "Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir".
O, Almaniya kansleri ilə görüşdə hansı məsələlərin müzakirə olunduğu haqda da danışıb.
“Kanslerlə görüşdə Azərbaycandakı siyasi vəziyyət də müzakirə edilib. Bu məsələlərin inkişafı üçün, o cümlədən sərbəst toplaşma, ifadə azadlığı sahəsində bir sıra addımlar atılıb. Azərbaycanda internet azaddır.
Həmçinin ölkəmizdə din və etiqad azadlığı mövcuddur. Bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Azərbaycanda müxtəlif dinlər birgə yaşayır”.
NUH.az