10 min dollarlıq kreditlərlə bağlı müzakirə yekunlaşır - Şad xəbər ola bilər
“Maliyyə Bazarlarına Nəzarət Palatasının son açıqlamalarından bəlli olur ki, artıq 10 min dollaradək olan kreditlərə kompensasiyanın verilməsi məsələsinin müzakirəsi yekunlaşmaqdadır”.
AzNews.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov səsləndirib. Onun sözlərinə görə, ötən ilin fevral ayında kredit götürənlərə kompensasiyanın ödənilməsi və güzəştlərin tətbiqini ilk dəfə təklif edəndə bu təşəbbüs rəsmi dəstək qazanmasa da, son zamanlar gələn xəbərlər müəyyən nikbinlik yaradır: “O zaman kompensasiya mexanizmini rəsmi şəkildə hökumətə də təqdim etdim. İkinci devalvasiyadan sonra isə bu məsələni daimi olaraq gündəmdə saxlamağa çalışdım. Çox sevindirici haldır ki, müxtəlif steykholderlə o cümlədən, parlament, mətbuat, müstəqil iqtisadçılar bu təşəbbüsə ciddi dəstək verdilər. Parlamentdən gələn xəbərlər də bunu təsdiq etməkdədir”.
V. Bayramov hesab edir ki, hökumət kreditlərə güzəştin verilməsi barədə nə qədər tez qərar qəbul edəcəksə kredit bazarındakı problemlərin həllinə o qədər tez yardım göstərmiş olacaq: “Son monitorinqlərimiz də göstərir ki, kredit götürənlərə güzəşt olmadan bank sektorundakı mövcud problemləri aradan qaldırmaq mümkün olmayacaq”.
Bahar RÜSTƏMLİ AzNews.az
NUH.az