Dərc edilib: 06-06-2016

https://www.nuh.az/7901-.html

Prokuror Azər Vahabzadə niyə işə çıxmır..?

06.06.2016 14:23:02

Cəmiyyət

 

 Qobustan sakinlərinin NUH.az-a  bildirdiyinə görə, rayon prokuroru  Azər Vahabzadə uzun müddətdir işə çıxmır  və bütün işləri  onun müavini  Eldəniz Əhmədov  icra edir.

 

Prokurorun işə çıxmaması ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, məsələ ilə əlaqədar hətta  bir neçə il əvvəl Baş prokurorluğun mətbuat katibliyi açıqlama verib. Açıqlamada Azər  Vahabzadənin səhhətində ciddi  problem olduğu vurğulanıb.

 

Mötəbər mənbənin NUH.az-a verdiyi məlumata görə, Azər  Vahabzadənin uzun müddət işə çıxmamasının səbəbi səhhəti ilə deyil, təyinatla bağlıdır. Yəni Vahabzadə Bakı rayonlarından birinə prokuror təyin olunmaq istəyində olduğu üçün Qobustana getmək istəmir. Bu isə rayonda ciddi problemlər yaradır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

  NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib