Dərc edilib: 02-06-2016

https://www.nuh.az/7871-.html

İntihar edən Qobustan sakini prokuroru ittiham edir

02.06.2016 14:43:06

Hadisə

NUH.az-a daxil olan məlumata görə  bir neçə saat əvvəl   Qobustan şəhər  ( keçmiş Mərəzə ) sakini  Muradov  Rasim  Tahir oğlu özünü asaraq intihar edib.

 

Mənbənin bildirdiyinə görə, həmin şəxs bir müddət əvvəl avtomobil qəzası törədib və hadisə nəticəsində ölüm olmayıb, xəsarət alan olub.

İntihar edən şəxs  ölümünün səbəbi ilə bağlı məktub yazıb. Və bildirib ki, Qobustan rayon prokurorluğu mənə qarşı dəfələrlə təzyiq edib.

 

Məlumat üçün bildirək ki, Qobustan rayon prokuroru xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadədir. Ancaq mənbə bildiriir ki, Azər müəllim rayonda çox az olur, onun işlərini əsasən müavini Eldəniz Əhmədov  həyata keçirir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib