Dərc edilib: 01-06-2016

https://www.nuh.az/7866-.html

Deputatdan soyğunçu banklara görə dövlət qurumlarına ÇAĞIRIŞ

01.06.2016 16:48:55

Cəmiyyət

Azərbaycandakı banklarla bağlı narazılıqlar səngimək bilmir. Görünən odur ki, bu sahədəki problemlər aradan qalxmayanadək də səngiməyəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli də bu fikirdədir.

Deputat Modern.az saytına açıqlamasında aidiyyatı qurumlardan bu sahədəki problemlərin araşdırılmasını istəyib:

“Aidiyyatı qurumlar həyat yoldaşını itirən, iki uşaqla tək qalan ananın yalnız zamin durduğuna görə maaşı ilə yanaşı, həm də ailə başçısını itirdiyinə görə aldığı müavinəti də əllərindən alan soyğunçu banklar barədə tədbir görməlidir”.

 

Bu Azərbaycanda fəaliyyət göstərən bütün banklara aiddir.

Bu pozuntunu bir-iki bank etmir ki, mən ad çəkim? Milli Məclisdəki çıxışımda da bank sisteminin eybəcərliklərini çatdırdım və aidiyyatı orqanlara müraciət etdim ki, dediklərimi araşdırsınlar. Çünki həmin pozuntunu təkcə adı çəkilən yox, onlarla digər banklar da edir”.  

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib