Dərc edilib: 30-05-2016

https://www.nuh.az/7854-.html

Prezident SOCAR-ın yeni inzibati binasının AÇILIŞINDA

30.05.2016 12:26:31

Siyasət

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.

Sonda xatirə şəkli çəkdirilib. Modern.az   

 

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib