Dərc edilib: 08-05-2016

https://www.nuh.az/7733-.html

Oliqarxlara xəbərdarlıq: 90 saylı dairədən İqbal Ağazadə seçiləcək

08.05.2016 20:41:10

Cəmiyyət

 

 1 noyabr  parlament  seçkilərində 90  saylı  Ağdaş seçki dairəsindən  “Azəriqazbank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev deputat seçilmişdi.

Ancaq səsvermənin  təsdiqlənməsinə bir neçə gün qalmış MSK tərəfindən seçkinin nəticəsi  ləğv edilib.

Bu ləğvetmənin səbəbi ölkə  mətbuatında  Əsədullayevin keçmiş MTN şefi  Eldar Mahmudovla dost olması ilə əlaqələndirilib.

Məlumdur ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində təkrar deputat seçkisi keçiriləcək. Artıq bu barədə  prezidentin sərəncamı var. Mərkəzi Seçki Komissiyası və müvafiq Dairə Seçki Komissiyası seçkilərə hazırlıq işlərinə başlayıb.

 

NUH.az-a daxil olan məlumata görə, həmin dairədən adını çəkmək istəmədiyimiz  bir neçə məmur-oliqarx  “öz  adamı”nı deputat seçdirmək niyyətində imiş. Ancaq dünən  yuxarıdan həmin oliqarxlara  qəti şəkildə bildiriblər ki,  90 saylı dairədən Ümid Partiyasının sədri İqbal Ağazadə seçiləcək.

 

  NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib