Dərc edilib: 01-05-2016

https://www.nuh.az/7671-.html

Bakı pravoslavları Pasxa bayramını qeyd edir

01.05.2016 14:49:47

Cəmiyyət

Bu gün bütün pravoslav xristianlar pasxa bayramını qeyd edir.

"Report" bildirir ki, pravoslav xristianlar kilsəyə toplaşaraq bütün gecəni dini ayinlər icra ediblər. Bu dini ayinlərdə böyüklərlə yanaşı, uşaqlar da iştirak ediblər.

Qeyd edək ki, Pasxa İsa peyğəmbərin (ə) çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. Azərbaycanda yaşayan pravoslavlar "Pasxa"nı dini təriqətlərinə uyğun qeyd edirlər.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib