Dərc edilib: 19-04-2016

https://www.nuh.az/7580-.html

Dövlət Statistika Komitəsinə mətbuat katibi təyin olundu

19.04.2016 12:11:31

Cəmiyyət

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun müvafiq əmri ilə telejurnalist Elməddin Quliyev Komitənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri – mətbuat katibi təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu vaxta qədər komitədə mətbuat xidməti olmayıb. E.Quliyev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində isə “Mətbuat tarixi” istiqaməti üzrə magistr təhsili alıb. Uzun müddət AzTV-də İnformasiya Proqramları Studiyasında müxbir vəzifəsində işləyib. Eyni zamanda elektron və çap mətbu orqanlarında müxtəlif janrlı məqalələrlə də çıxış edib.

 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib