Dərc edilib: 24-03-2016

https://www.nuh.az/7409-.html

Gömrük Komitəsinə “idmançılar ordusu” daha lazım deyil..?

24.03.2016 13:59:29

İdman

 

 

Maliyyə böhranı ilə bağlı   Dövlət Gömrük Komitəsində ( DGK ) çalışan işçilərə  verilən  qeyri-rəsmi maaşların  ("paket"in ) kəsilməsi  barədə  ölkə mətbuatında məlumat gedib.

Bu gün  NUH.az-a məlumat  verən tanınmış  idmançı  bildirib ki, gömrük  sistemində  xeyli  sayda, təxminən 200  nəfərə  yaxın  idmançı   “çalışırmış”.

İdmançının  dediyinə görə, onlara həm rəsmi maaş  və  “paket” verilirmiş.

İdmançının verdiyi  məlumata görə, idmançıların “paket”i   2 aydır kəslib.

Ancaq  DGK  sədri   Aydın Əliyevin  göstərişi  ilə  aprelin 1-dən idmançılara  öz ərizələri ilə işdən çıxmaqla bağlı göstəriş verilib.

İdmançı  NUH.az-a onu da bildiirb ki, DGK   onları  “ordu”  kimi saxlayırmış: “ Artıq biz  DGK-ya lazım deyilik”.

Aydın Əliyevin  bu göstərişi  idmançılar arasında ciddi  narazılığa  səbəb olub.

Qarşı tərəfin mövqeyini  dərc etməyə  hazırıq.

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib