Məzahir Pənahovun qardaşı DADP-yə sədr gətirilir
Bir neçə il əvvəl çox populyar olan Demokratik Azərbaycan Dünyası Partiyası ( DADP ) deyəsən yenidən gündəmə gələcək.
NUH.az-a daxil olan məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı Tariyel Pənahov DADP-yə sədr gətirilir.
Mənbənin məlumatına görə, Tariyel Pənahov uzun müddət Kənd Təsərrüfatı Nazirliyində şərabçılıq şöbəsinin rəisi işləyib və böyük biznes imkanlarına malikdir. Mənbə onu da bildirir ki, Tariyel Pənahov hazırda partiyanın İdarə Heyətinin üzvüdür və qurumu o maliyyələşdirir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NUH.az