Cilov adasındakı 16 saylı xəstəxananın kollektivinin müraciəti
Bir müddət əvvəl Cilov adasında yerləşən 16 saylı Birləşmiş Xəstəxananın baş həkimi Vaqif Nuriyev barəsində adanın sakini Rüstəm Hüseynovun mətbuata ünvanladığı şikayət məktubu dərc olunmuşdu. Bu gün NUH.az-a xəstəxananın kollektivinin müraciəti daxil olub. Müraciətdə qeyd olunur ki, xəstəxananın işçiləri Rüstəm Hüseynovun haqsız şikayətini pisləyir: “ Həmin şəxs vaxtilə adada cəbhəçi kimi tanınırdı. O, öz dəstəsi ilə 1995-ci ildə möhtərəm prezidentimiz Heydər Əliyevin qəbulunda olmuşdur. Onun şantaj xarakterli çıxışından sonra onun fəaliyyəti yoxlanıldı və saxta yolla Rusiyanın Stavropoldakı hansısa institutu bitirdiyi, diplomunun saxta olduğu bəlli oldu, ona görə də “ 28 may” NQÇİ-nin əmri ilə sex rəsinin müavini vəzifəsindən azad edildi. Ancaq NQÇİ-də fəhlə olaraq işində saxlanıldı. 2016-cı ildə təqaüdə çıxana qədər və hazırda başqa- başqa şəxslərin ünvanına böhtanlar yazır”.
Kollektivin üzvləri onu da yazır ki, baş həkim Vaqif Nuriyev şəxsən Rüstənin həyat yoldaşını ölümdən xilas edib: “ Baş həkim xeyli sayda insanı ölümdən xilas edib. NQÇİ-nin iflic olan rəisi Rzabəyov İdris müəllimi baş həkim günlərlə öz xidməti otağında müalicə edərək həyata qaytarıb. Belə misallar çoxdur. Baş həkim hətta məzuniyyətdə olanda belə ada sakinlərinin telefon zənglərinə cavab verir, onlara məsləhət verir. Baş həkimin özünə ev tikmək məsələsinə gəldikdə isə baş həkim daxmada yaşamalı deyil ki..? Baş həkim işçilərin qayğısına qalır, öz kollektivinin hörmətini qazanıb”.
Müraciəti onlarla ada sakini və xəstəxananın əməkdaşları imzalayıb.
Nuriyev Vaqif
1. Yaqubov Əli
2. Şahbazova Gulanə
3. Əzimov İbrahim
4. Əzimova Zərifə
5. Məmmədov Ata və s