Dərc edilib: 17-02-2016

https://www.nuh.az/7239-.html

Neftçalanın Kleopatrası - Xoşqədəm Mirzəzadə

17.02.2016 18:36:42

Cəmiyyət

NUH.az olaraq dəfələrlə yazmışıq ki, ölkədə  düzgün kadr  siyasəti aparılmır.  Bir də görürsən ki, daş karxanasının müdiri  Prezident  Adminstrasiyasına baş məsləhətçi gətirilir və 3 - 4 aydan sonra hansısa  100 min əhalisi olan rayona rəhbər göndərilir.

Bir müddət əvvəl  Milli Məcılisin nüfuzlu şəxslərindən biri  olan hörmətli  Arif  Rəhimzadə öz çıxışında qeyd eləmişdi ki, bələdiyyə üzvlərinin yarıdan çoxunun ali təhsili yoxdur. Bələdiyyə sədrlərinin çoxu  50 yaşından sonra  Elşad Abdullayevin  “Azərbaycan Bazar Universitetinin”  məzunları olublar. Bir  soruşan yoxdur ki, 50 ildə  nəinki  texnikumu, hətta peşə məktəbini qurtarmayan bu zırramalar  necə oldu ki, 50 yaşında universitetə daxil oldu, hətta  hüquqşünas diplomu aldılar.

Bir sözlə,  ölkədəki  kadr siyasəti  rüsvayçı gündədir.

NUH.az-a daxil olan məlumata görə, bir müddət əvvəl  Neftçala  Rayon İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev  tam orta təhsili olmayan Gülqədəm  xanım Mirzəzadəni   Neftçala şəhərinə icra nümayəndəsi təyin edib. Birincisi, Neftçala şəhəri  rayonun mərlkəzi, yəni baş kəndidir. Doğrudanmı, bu boyda rayonda bir ali təhsilli adam yoxdur ki, orta təhsilli xanımı şəhərə icra nümayəndəsi  təyin edirlər..?

Məşhur  “ O olmasın,bu olsun”  filmində  deyilən kimi, görəsən İsmayıl bəy  Gülqədəmin nəyinə aşiq olub..?

Savadına..? Yuxarıda qeyd elədik ki, bu xanımın heç düz əməlli orta təhsili yoxdur...Bəs icra başçısı bunun nəyini əsas götürüb  rayon mərkəzinə başçı təyin edib..?

Onu da qeyd edək ki, əvvəllər  Gülqədəm xanım  Xıllı qəsəbəsinin icra nümayəndəsi olub.

Vətəndaşlar öz mütaciətlərində qeyd edirlər ki, Gülqədəm  şəhərin  “qlava”sı  olandan sonra özünü  Neftçalanın mütləq-hakimi kimi  aparır, vətəndaşları qapıdan qovur, insanlara yuxarıdan aşağı baxır, hər işə görə rüşvət tələb edir. Gülqədəm özünü lap  Misirin  hökmdarı  Kleopatra kimi aparır.

Bir sözlə, Neftçala şəhərində  Gülqədəmin  hakimiyyəti  “çiçəklənir”...

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.

 

 NUH.az

 

 

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib