Dərc edilib: 05-02-2016

https://www.nuh.az/7185-.html

Bələdiyyə sədri Xətai estetik klinikasında dava saldı

05.02.2016 17:05:26

Hadisə

37-ci polis bölməsi  bələdiyyə sədrini həbs elədi 

 

Dünən axşam saat 19-00 radələrində  Xətai Estetik Kliniksına  içkili vəziyyətdə gələn bələdiyyə sədrini  Xətai RPİ-nin 37-ci polis bölməsinin əməkdaşları  bölməyə aparıblar.

 

Mötəbər  mənbənin  NUH.az-a dediyinə görə, xanımı  klinikada  burun əməliyyatı olunan bələdiyyə sədrini  mühafizəçilər yuxarı buraxmadığı üçün  dava düşüb. Bələdiyyə sədri  foyedəki gül dibçəklərinbi sındırıb, mühafizəçilərə əl qaldırıb, söyüşlər söyüb.

Xəbəri dəqiqləşdirmək üçün klinikaya zəng elədik. Baş menecer  Talıb Vəliyev  xəbəri təsdiq edərək  bildirdi ki, bəli, bələdiyyə sədrinin həyat yoldaşı  Aynurə  xanım klinikada burun deyil, damar əməliyyatı olunub: “ Gec olduğu üçün  yuxarı buraxılmayan bələdiyyə sədri içkili vəziyyətdə burada dava salıb, güldanları sındırıb. Polis çağırdıq onu bölməyə apardılar”.

Məsələ ilə bağlı  37-ci PB ilə əlaqə saxladıq. Özünü müavin kimi təqdim edən  Rəşad Quliyev  xəbəri təsdiqləsə də bələdiyyə sədrinin adını açıqlamaq istəmədi və onun artıq buraxıldığını  bildirdi. Quliyev bizə söz verdi ki,  5-10 dəqiqəyə  dəqiqləşdirib  sizə məlumat verəcəm. Ancaq bölmədən xəbər gəlmədi.

Məcbur oub Daxili İşlər nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. DİN-in sözçüsü Orxan Mansurzadə hadisədən xəbərsiz olduğunu bildirdi. 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib