Dərc edilib: 17-01-2016

https://www.nuh.az/7095-.html

Ramil Usubovun göstərişindən sonra killer həbs olunub

17.01.2016 19:44:27

Cəmiyyət

Dövlət  Əmlak Komitəsi  Quba süd zavodunu saxta yolla  özəlləşdirib

 

Sabah  yanvarın 18-də  Bakı  Ağır Cinayətlər Məhkəməsində hakim  Rahib Salmanovun sədrliyi ilə  Quba şəhərində yerləşən  “Süd zavodu”nun  Dövlət Əmlak Komitəsində özəlləşdirilməsi zamanı yol verilən qanunsuzluqlarla bağlı  məsələyə baxılacaq.

Məlumat üçün qeyd edək ki,  1962-ci ildən həmin zavodda işləyən Rzaxanov Rza Piroğlan oğlu zavodun Ramazanov Rəşad  Nüsrət oğlu tərəfindən saxta yolla özəlləşdirildiyini bildirir.

Rzaxanov Rzanın səlahiyyətli nümayəndəsi  Zərnigar Rzaxanova  NUH.az-ın müxbirinə bildirib ki, məsələ ilə bağlı  onu və bacısı  Pəri Rzaxanovanı sifarişlə öldürmək istəyiblər.

Bacılar dəfələrlə daxili işlər naziri  Ramil Usubovun və baş prokuror  Zakir Qaralovun qəbulunda olublar.   

Bacıların müxbirimizə dediyinə görə, cənab Ramil Usubovun  məsələyə operativ müdaxiləsindən sonra “killer”   Sahib Hüseyn oğlu  Zülfüqarov  həbs olunub və hazırda  Kürdəxanı  təcridxanasında saxlanılır.

Bacılar işin obyektiv aparılması üçün yenidən istintaqa  qaytarılmasını tələb edirlər.

Məsələnin aktuallığını nəzərə alaraq gündəmdə saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib