Dərc edilib: 16-01-2016

https://www.nuh.az/7091-.html

5 mindən aşağı kredit borcları silinəcək

16.01.2016 18:16:20

Cəmiyyət

 

Bugün  ölkədə ən ciddi problemlərdən biri, bəlkə də birincisi vətəndaşların banklara olan kredit borclarıdır. 

Kredit borclarının  təsnifat eləsək  bəlli olar ki,  problemli kreditlərin  məbləğcə çox az, amma  sayca çox hissəsi  5 min manatdan az  borcu olan  kasıb təbəqədir. Yəni ümumi kredit borcunun əsas hissəsini  10 min, 100 min  borcu olanlar  təşkil edir. Bir sözlə, 5 mindən aşağı  borcları silmək  elə də ciddi  problem yaratmır.

NUH.az-a  mötəbər mənbədən daxil olan məlumata görə, yaxın günlərdə ölkə başçısı  5 min manatdan az  kredit  borcların silinməsi ilə bağlı  addım atacaq.

 

NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib