Dərc edilib: 15-01-2016

https://www.nuh.az/7089-.html

Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib

15.01.2016 19:08:27

Siyasət


 Prezident İlham Əliyev Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb. 

APA-nın məlumatına görə, Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib. Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.  

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib