Dərc edilib: 05-01-2016

https://www.nuh.az/7029-.html

Cavanşir Tağıyevdən yeni təklif: quyu-qəbirlərə keçmək lazımdır

05.01.2016 16:12:29

Cəmiyyət

 

 

Biri  qaş  yonub  çörəyini qazanır...biri daş yonur...əlqərəz hərə bir şey yonaraq  ruzisini qazanır.

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyevin də çörəyi daş yonmaqdan çıxır. Söhbət  məzar daşlarından gedir.

Məzar daşlarından gələn pullar  Cavanşir müəllimə bəs eləmir. Trest müdiri   ölülərin dəfn olunması üçün  məzar yerlərini də satır.

Məlumdur ki, Bakıda məzar yerlərinin qiymətləri 300-500-dən başlayıb 5-10 min manata qədər davam edir. Biz hələ qəbirstanlıqdakı mərmər daşların qiymətini demirik. Cavanşir müəllim hər yerdə deyir ki, qəbir yerləri  guya pulsuzdur.

Ancaq inanan daşa dönsün.

Bəli, bu gün paytaxtımız Bakıda əməlli-başlı qəbirstanlıq biznesi var və bu sahə Cavanşir Tağıyevin monopoliyasındadır.

Redaksiyamıza daxil olan məlumata görə,  Cavanşir Tağıyev  şəhər rəhbərliyinə təklif edib ki, məzar  yerlərindən yaxşı pul qazanmaq üçün  “quyu-qəbir”lərə keçmək lazımdır. Nəyə lazım hər ölüyə 2-3 kv.m yer  qəbir yeri verilsin.

“Ölülər trestinin müdiri”   qazandıqlarından  xeyli xərcləyib oğlu  Tural Tağıyevi  Sumqayıt Gömrük İdarəsində vəzifəyə  düzəldib. Məlumata görə, Cavanşir müəllimin könlündən  bu dəfəki seçkidə  deputat olmaq keçirmiş. Amma yuxarıdan deyiblər ki,  sən hələ  ölülərlə məşğul ol.

Bir sözlə, ölüləri  Cavanşir Tağıyevin inhisarına veriblər. 

 

NUH.az 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib