Dərc edilib: 28-12-2015

https://www.nuh.az/7008-.html

Akif Covdarov intihara cəhd edib?

28.12.2015 18:02:45

Cəmiyyət

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun Bakı İstintaq Təcridxanasında intiharə cəhd etməsi ilə bağlı Bizimxeber.az-a məlumat daxil olub. Daxil olan məlumata görə, MTN işi ilə bağlı saxlanılan polkovnik İlqar Əliyev özünü kamera asdıqdan sonra onun kamera yoldaşının da intihar etdiyi barədə məlumatlar yayıldı. Bu iki intiharın ardınca Akif Çovdarovun da intihara cəhd etdiyi barədə xəbər daxil olub.Məlumatda qeyd oilunur ki, Akif Çovdarovun intihar cəhdinin qarşısı son anda alınıb və o xilas edilib. Daha sonra isə o, ciddi nəzarətə götürülüb.Akif Çovdarovun intihara cəhd etməsinin Hacı Məmmədovun son açıqlamaları ilə əlaqəli olması ehtimalı daha çoxdur.  Belə ki, Hacı Məmmədov uzun illər davam edən sükutu pozaraq indiyə qədər gizli saxlanan sirləri açıqlayacağına dair açıqlama verib. Bu illər ərzində ailəsi ilə görüşməkdən imtina edən Hacı Məmmədovun ailəsi artıq vəkillə müqavilə bağlayıb və prosesin sonrakı gedişatında H.Məmmədovun  birbaşa Akif  Çovdrovla bağlı da gizli qalan həqiqətləri aşkarlayacağı şübhə doğurmur. Akif Çovdarovun intiharını da məhz bu məqamla bağlı olduğu bildirilir.

İlkin

Bizimxeber.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib