Dərc edilib: 23-12-2015

https://www.nuh.az/6970-.html

165 nömrəli tam orta məktəbdə Mehmandarovun xatirəsi anıldı

23.12.2015 14:30:39

Cəmiyyət

Dekabrın 21-də Bakının Xətai rayonundakı 165 nömrəli tam orta məktəbdə görkəmli sərkərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordumuzun yaradıcılarından biri Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.Kompozisiya Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Məktəbin çağırışaqədərki Hərbi hazırlıq müəllimi Rəşad Məlikəliyev Səməd bəy Mehmandarovun şəxsi-mənəvi keyfiyyətlərindən, sərkərdəlik istedadından, əldə etdiyi döyüş uğurlarından bəhs etdi. Söylədi ki, bu gün Azərbaycanın görkəmli şəxsiyyətlərinin cəmiyyətə, gənc nəslə tanıdılması istiqamətində dövlət səviyyəsində sistemli iş aparılır. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə qeyd olunan görkəmli şəxsiyyətlərin yubiley tədbirləri gənclərin mənəvi tərbiyəsində mühüm rola malikdir.  

 

Rəşad Məlikəliyev söylədi ki, Səməd bəy Mehmandarov təkcə Rusiyada və Azərbaycanda deyil, Avropanın bir sıra ölkələrində də igid, mərd sərkərdə kimi tanınmış, İngiltərənin, Fransanın, Rusiyanın yüksək hərbi mükafatları ilə təltif edilmişdir.Ədəbi-bədii kompozisiyanın Azərbaycanın xalq mahnısı “Sarı gəlin”lə davam etməsi tədbirin ruhu, mahiyyəti ilə səsləşməklə bərabər, həm də təşkilatçıların yaradıcı işinin nəticəsi kimi diqqəti cəlb etdi. Aparıcıların – Aminə Musazadə və Emil Rzayevin görkəmli sərkərdənin həyatının mühüm məqamlarını ifadə edən çıxışları Səməd bəy Mehmandarovun obrazını canlandırırdı. Çıxışlardan bəlli olurdu ki, Səməd bəy Mehmandarov 1855-ci ilin 16 oktyabrında yurdumuzun gözəl guşələrindən biri olan Lənkəranda Sadıx bəyin ailəsində dünyaya gəlib. 16 yaşında Peterburq ikinci Konstantinovka artilleriya məktəbinə daxil olub. O, 1875-ci ildə podporuçik rütbəsi və “Müqəddəs Stanislav” ordeni ilə təltif olunub. Səməd bəy Mehmandarov Tam Artilleriya generalı rütbəsinə qədər yüksələn ilk azərbaycanlı kimi tarixə düşmüş, rus ordusunun tərkibində böyük rəşadətli döyüş yolu keçmişdir. 1-ci Dünya Müharibəsində Varşava ətrafında xidmət edən general Mehmandarov 21-ci piyada dviziyasının komandiri kimi 4 alaya rəhbərlik edib. Onun dviziyası alman generalı Makenzinin rəhbərlik etdiyi qoşunlar üzərində qələbə qazandıqdan sonra görkəmli sərkərdə 2-ci dərəcəli müqəddəs Vladimir ordeni, üstü brlyantlarla bəzədilmiş Georgiyev silahı ilə təltif edilmişdir. Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzun təşkil olunması işində müstəsna xidmətlər göstərmişdir.Tədbirdə məktəbin şagirdlərindən Əsli Mahmudova, Bahar Həsənova, Əli Abbasov, Turqut Aslanov, Mürəstə Mustafayeva, Fidan Ağaverdiyeva, Nərmin Cəfərli  Abbas Səhhətin, Cəfər Cabbarlının vətən, üçrəngli bayrağımız haqqında şeirlərini səsləndirilər. Vətənpərvərlik ruhu aşılayan mahnılar ifa etdilər.Tədbirdə çıxış edən məktəbin direktoru Nemət Məmmədov vurğuladı ki, bu kimi tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində, milli-mənəvi dəyərlərimizin təbliğ olunmasında müstəsna rola malikdir. O, tədbirin təşkil olunmasında yaxından iştirak etdiklərinə görə məktəbin tarix müəllimi Miladə Qazıbəyovaya, Uşaq Birliyinin rəhbəri Şəfiqə Hüseynovaya, Təşkilatçı Reyhan Qasımovaya minnətdarlığını bildirdi.Tədbirdə çıxış edən Təhsil Şurası İdarə Heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı da ədəbi-bədii kompozisiyanın təşkilindən məmnunluq ifadə etdi. Söylədi ki, təşkilatçılar, eləcə də şagirdlər Azərbaycan xalqının böyük oğlu Səməd bəy Mehmandarovun xatirəsini görkəmli sərkərdənin adına layiq yad etdilər.Tədbirin sonunda Xətai rayonunda keçirilmiş şeir müsabiqəsində qalib olmuş məktəbin şagirdləri Əsli Mahmudova, Nərmin Cəfərli, Fəridə Binnətova və Fidan Ağaverdiyeva diplomla təltif edildilər.Bizimxeber.az165 nömrəli tam orta məktəbdə Mehmandarovun xatirəsi anıldı165 nömrəli tam orta məktəbdə Mehmandarovun xatirəsi anıldı 23 Dekabr 2015 / 12:35 / Baxış sayı: 4 Font1 Font2 Font3 Font4 BizimxeberDekabrın 21-də Bakının Xətai rayonundakı 165 nömrəli tam orta məktəbdə görkəmli sərkərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordumuzun yaradıcılarından biri Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.Kompozisiya Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Məktəbin çağırışaqədərki Hərbi hazırlıq müəllimi Rəşad Məlikəliyev Səməd bəy Mehmandarovun şəxsi-mənəvi keyfiyyətlərindən, sərkərdəlik istedadından, əldə etdiyi döyüş uğurlarından bəhs etdi. Söylədi ki, bu gün Azərbaycanın görkəmli şəxsiyyətlərinin cəmiyyətə, gənc nəslə tanıdılması istiqamətində dövlət səviyyəsində sistemli iş aparılır. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə qeyd olunan görkəmli şəxsiyyətlərin yubiley tədbirləri gənclərin mənəvi tərbiyəsində mühüm rola malikdir.  Rəşad Məlikəliyev söylədi ki, Səməd bəy Mehmandarov təkcə Rusiyada və Azərbaycanda deyil, Avropanın bir sıra ölkələrində də igid, mərd sərkərdə kimi tanınmış, İngiltərənin, Fransanın, Rusiyanın yüksək hərbi mükafatları ilə təltif edilmişdir.Ədəbi-bədii kompozisiyanın Azərbaycanın xalq mahnısı “Sarı gəlin”lə davam etməsi tədbirin ruhu, mahiyyəti ilə səsləşməklə bərabər, həm də təşkilatçıların yaradıcı işinin nəticəsi kimi diqqəti cəlb etdi. Aparıcıların – Aminə Musazadə və Emil Rzayevin görkəmli sərkərdənin həyatının mühüm məqamlarını ifadə edən çıxışları Səməd bəy Mehmandarovun obrazını canlandırırdı. Çıxışlardan bəlli olurdu ki, Səməd bəy Mehmandarov 1855-ci ilin 16 oktyabrında yurdumuzun gözəl guşələrindən biri olan Lənkəranda Sadıx bəyin ailəsində dünyaya gəlib. 16 yaşında Peterburq ikinci Konstantinovka artilleriya məktəbinə daxil olub. O, 1875-ci ildə podporuçik rütbəsi və “Müqəddəs Stanislav” ordeni ilə təltif olunub. Səməd bəy Mehmandarov Tam Artilleriya generalı rütbəsinə qədər yüksələn ilk azərbaycanlı kimi tarixə düşmüş, rus ordusunun tərkibində böyük rəşadətli döyüş yolu keçmişdir. 1-ci Dünya Müharibəsində Varşava ətrafında xidmət edən general Mehmandarov 21-ci piyada dviziyasının komandiri kimi 4 alaya rəhbərlik edib. Onun dviziyası alman generalı Makenzinin rəhbərlik etdiyi qoşunlar üzərində qələbə qazandıqdan sonra görkəmli sərkərdə 2-ci dərəcəli müqəddəs Vladimir ordeni, üstü brlyantlarla bəzədilmiş Georgiyev silahı ilə təltif edilmişdir. Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzun təşkil olunması işində müstəsna xidmətlər göstərmişdir.Tədbirdə məktəbin şagirdlərindən Əsli Mahmudova, Bahar Həsənova, Əli Abbasov, Turqut Aslanov, Mürəstə Mustafayeva, Fidan Ağaverdiyeva, Nərmin Cəfərli  Abbas Səhhətin, Cəfər Cabbarlının vətən, üçrəngli bayrağımız haqqında şeirlərini səsləndirilər. Vətənpərvərlik ruhu aşılayan mahnılar ifa etdilər.Tədbirdə çıxış edən məktəbin direktoru Nemət Məmmədov vurğuladı ki, bu kimi tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində, milli-mənəvi dəyərlərimizin təbliğ olunmasında müstəsna rola malikdir. O, tədbirin təşkil olunmasında yaxından iştirak etdiklərinə görə məktəbin tarix müəllimi Miladə Qazıbəyovaya, Uşaq Birliyinin rəhbəri Şəfiqə Hüseynovaya, Təşkilatçı Reyhan Qasımovaya minnətdarlığını bildirdi.Tədbirdə çıxış edən Təhsil Şurası İdarə Heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı da ədəbi-bədii kompozisiyanın təşkilindən məmnunluq ifadə etdi. Söylədi ki, təşkilatçılar, eləcə də şagirdlər Azərbaycan xalqının böyük oğlu Səməd bəy Mehmandarovun xatirəsini görkəmli sərkərdənin adına layiq yad etdilər.Tədbirin sonunda Xətai rayonunda keçirilmiş şeir müsabiqəsində qalib olmuş məktəbin şagirdləri Əsli Mahmudova, Nərmin Cəfərli, Fəridə Binnətova və Fidan Ağaverdiyeva diplomla təltif edildilər.Bizimxeber.azDekabrın 21-də Bakının Xətai rayonundakı 165 nömrəli tam orta məktəbdə görkəmli sərkərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordumuzun yaradıcılarından biri Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.Kompozisiya Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Məktəbin çağırışaqədərki Hərbi hazırlıq müəllimi Rəşad Məlikəliyev Səməd bəy Mehmandarovun şəxsi-mənəvi keyfiyyətlərindən, sərkərdəlik istedadından, əldə etdiyi döyüş uğurlarından bəhs etdi. Söylədi ki, bu gün Azərbaycanın görkəmli şəxsiyyətlərinin cəmiyyətə, gənc nəslə tanıdılması istiqamətində dövlət səviyyəsində sistemli iş aparılır. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə qeyd olunan görkəmli şəxsiyyətlərin yubiley tədbirləri gənclərin mənəvi tərbiyəsində mühüm rola malikdir.  Rəşad Məlikəliyev söylədi ki, Səməd bəy Mehmandarov təkcə Rusiyada və Azərbaycanda deyil, Avropanın bir sıra ölkələrində də igid, mərd sərkərdə kimi tanınmış, İngiltərənin, Fransanın, Rusiyanın yüksək hərbi mükafatları ilə təltif edilmişdir.Ədəbi-bədii kompozisiyanın Azərbaycanın xalq mahnısı “Sarı gəlin”lə davam etməsi tədbirin ruhu, mahiyyəti ilə səsləşməklə bərabər, həm də təşkilatçıların yaradıcı işinin nəticəsi kimi diqqəti cəlb etdi. Aparıcıların – Aminə Musazadə və Emil Rzayevin görkəmli sərkərdənin həyatının mühüm məqamlarını ifadə edən çıxışları Səməd bəy Mehmandarovun obrazını canlandırırdı. Çıxışlardan bəlli olurdu ki, Səməd bəy Mehmandarov 1855-ci ilin 16 oktyabrında yurdumuzun gözəl guşələrindən biri olan Lənkəranda Sadıx bəyin ailəsində dünyaya gəlib. 16 yaşında Peterburq ikinci Konstantinovka artilleriya məktəbinə daxil olub. O, 1875-ci ildə podporuçik rütbəsi və “Müqəddəs Stanislav” ordeni ilə təltif olunub. Səməd bəy Mehmandarov Tam Artilleriya generalı rütbəsinə qədər yüksələn ilk azərbaycanlı kimi tarixə düşmüş, rus ordusunun tərkibində böyük rəşadətli döyüş yolu keçmişdir. 1-ci Dünya Müharibəsində Varşava ətrafında xidmət edən general Mehmandarov 21-ci piyada dviziyasının komandiri kimi 4 alaya rəhbərlik edib. Onun dviziyası alman generalı Makenzinin rəhbərlik etdiyi qoşunlar üzərində qələbə qazandıqdan sonra görkəmli sərkərdə 2-ci dərəcəli müqəddəs Vladimir ordeni, üstü brlyantlarla bəzədilmiş Georgiyev silahı ilə təltif edilmişdir. Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzun təşkil olunması işində müstəsna xidmətlər göstərmişdir.Tədbirdə məktəbin şagirdlərindən Əsli Mahmudova, Bahar Həsənova, Əli Abbasov, Turqut Aslanov, Mürəstə Mustafayeva, Fidan Ağaverdiyeva, Nərmin Cəfərli  Abbas Səhhətin, Cəfər Cabbarlının vətən, üçrəngli bayrağımız haqqında şeirlərini səsləndirilər. Vətənpərvərlik ruhu aşılayan mahnılar ifa etdilər.Tədbirdə çıxış edən məktəbin direktoru Nemət Məmmədov vurğuladı ki, bu kimi tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində, milli-mənəvi dəyərlərimizin təbliğ olunmasında müstəsna rola malikdir. O, tədbirin təşkil olunmasında yaxından iştirak etdiklərinə görə məktəbin tarix müəllimi Miladə Qazıbəyovaya, Uşaq Birliyinin rəhbəri Şəfiqə Hüseynovaya, Təşkilatçı Reyhan Qasımovaya minnətdarlığını bildirdi.Tədbirdə çıxış edən Təhsil Şurası İdarə Heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı da ədəbi-bədii kompozisiyanın təşkilindən məmnunluq ifadə etdi. Söylədi ki, təşkilatçılar, eləcə də şagirdlər Azərbaycan xalqının böyük oğlu Səməd bəy Mehmandarovun xatirəsini görkəmli sərkərdənin adına layiq yad etdilər.Tədbirin sonunda Xətai rayonunda keçirilmiş şeir müsabiqəsində qalib olmuş məktəbin şagirdləri Əsli Mahmudova, Nərmin Cəfərli, Fəridə Binnətova və Fidan Ağaverdiyeva diplomla təltif edildilər.

 

Bizimxeber.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib