WikiLeaks saytının rəhbəri: “Bir ildən sonra İŞİD daha mövcud olmayacaq”
Bir ildən sonra İŞİD terrorçu qruplaşması indiki gücünü itirərərək gizli təşkilata çevriləcək.
Bu sözləri WikiLeaks saytının rəhbəri Culian Assanj Londonda konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Suriya və İraqda İŞİD-ə zərbələr endirən dövlətlərin sayəsində qruplaşma gücünü itirəcək. “İŞİD adi gizli təşkilata çevriləcək”, - deyən Assanjın sözlərinə görə, qruplaşma dağıdıldıqdan sonra müəyyən təhlükələr yarada bilər. “Buna qədər fəaliyyət göstərən bütün qüvvələr nə edəcəklər? Evə gedəcəklər? Əlbəttə yox” -,deyə videoəlaqə ilə Ekvadordan konfransa qoşulan Assanj vurğulayıb.
NUH.AZ