Dərc edilib: 15-04-2025

https://www.nuh.az/41402-.html

Sloveniyanın XİN rəhbəri Bakıya gəlir

15.04.2025 13:21:41

Hadisə

Sloveniyanın xarici işlər naziri Tanya Fayon aprelin 17-si Azərbaycana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sloveniyanın informasiya agentliyi (STA) məlumat yayıb.

Bildirilib ki, Bakıda enerji sektorunda əməkdaşlıq müzakirə olunacaq.

Qeyd edək ki, T. Fayon Bakıya gəlməzdən öncə, aprelin 15-dən Ermənistanda ikigünlük səfərdə olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib