Dərc edilib: 14-04-2025

https://www.nuh.az/41393-.html

72 yaşında bu qədər sərvətə sahibdir

14.04.2025 13:43:12

İdman

Məşhur türkiyəli müğənni Bülent Ersoyun sərvəti heyrət doğurub.

“Qafqazinfo” Haberler.com-a istinadən xəbər verir ki, onun İstanbulda 28 mənzil və 4 ultra-lüks villası, sauna mərkəzi, Bodrum, Antalya və Marmarisdə villaları, Fethiyedə yanacaqdoldurma məntəqəsi, 30 metrlik yaxtası var. 72 yaşlı Ersoy, həmçinin kran və buldozerlərin də icarəyə verilməsi ilə məşğuldur.

Qeyd edək ki, bundan əvvəl də Türkiyədə biznes fəaliyyəti ilə gündəmdə olan müğənni Emrahın sərvəti açıqlanmışdı. 54 yaşlı müğənninin İstanbul və Bodrumda 300-dən çox evi olduğu və kirayə gəlirinin aylıq 10 milyon lirəyə (474 953 manat) çatdığı bildirilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib