Dərc edilib: 13-04-2025

https://www.nuh.az/41387-.html

Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu

13.04.2025 22:42:05

LIVE

Rusiyanın Başqırdıstan Respublikasında təxminən bir ay əvvəl baş vermiş yanğında sahibi ölən it yanan evin külləri arasında onun qayıtmasını gözləyir.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi itin görüntülərini paylaşıb.

Məlumata görə, it ötən ay Ufa şəhəri yaxınlığında fərdi evdə baş verən yanğında həm evini, həm də sahibini itirib. 62 yaşlı ev sahibinin cansız bədəni dağıntılar altından çıxarılıb.

İt isə həmin gündən bəri yanmış evin qalıqları arasında yorulmadan sahibini gözləyir.

Nazirlik əməkdaşları onu ərazidən uzaqlaşdırmağa çalışsalar da, it heç kimi özünə yaxın buraxmır.

Sədaqətinə görə canlıya “Başqırd Haçiko” adı verilib.

Qeyd edək ki, Haçiko Yaponiyada sadiqlik simvolu kimi xarakterizə edilir. O, sahibi hara gedirdisə mütləq müşayiət edirdi. 

Bir gün keçirdiyi infarktdan sonra sahibini xilas etmək olmur. Haçiko həmin gündən sonra hər gün Şibuya stansiyası önünə gedərək gecə saatlarına qədər onun gəlişini gözləyirdi.

Haçiko bütün Yaponiyada 1932-ci ildə Tokionun iri qəzetlərindən birində nəşr edilmiş “Sadiq it 7 il əvvəl ölmüş sahibinin gəlişini gözləyir” başlıqlı məqalədən sonra məşhurlaşır.

Haçiko stansiyaya 9 il ərzində (red.-öldüyü günə kimi) hər gün gedir. Ölmüş Haçikonun cəsədini stansiyanın yaxınlığında yerləşən ərazidən tapılır. Onun ölümü geniş rezonansa səbəb olduğundan Yaponiyada bir gün matəm elan olunur. Hazırda Şibuya stansiyasının qarşısında Haçikonun abidəsi yerləşir. Onun sadiqliyi ilə bağlı məşhur “Haçiko” filmi ekranlaşdırılıb.

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib