Dərc edilib: 13-04-2025

https://www.nuh.az/41378-.html

Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın

13.04.2025 11:35:20

Hadisə

Vətəndaş Şahbaz Alnağıyev pensiyasının düzgün hesablanmadığını iddia edir.


NUH.az    milli.az-a istinadən xəbər verir ki, 27 il əmək stajı olan vətəndaş pensiyaya 50 faizlə çıxarıldığını bildirir. Hazırda onun tək istəyi pensiyasının yenidən hesablanmasıdır.

Şikayətçinin sözlərinə görə, aldığı 383 manatın nə özünə, nə də ailəsinə çatmır.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik.

Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 2025-ci ilin yanvarın 1-dən vətəndaşın pensiyası 414 manat təşkil edir. Keçmiş dövr üzrə hər ay 363 manat pensiyanın üzərinə əlavə edilməklə ona hər ay 778 manat ödəniş olunur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib